18 oktyabr Müstəqillik gününə həsr olunmuş silsilə tədbirlərimiz davam edir

Məktəbimizdə 18 oktyabr- “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü”nə həsr olunmuş silsilə tədbirlərimiz davam edir. "Can Azərbaycan" adlı tədbir məktəbimizin III a sinif rəhbəri Məlikova Rəhilə tərəfindən hazırlanmışdır. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Məktəbimizin direktoru Arizə xanım Mahmudova tədbiri giriş sözü ilə açaraq, Azərbaycan xalqının ən əlamətdar bir tarixi hadisənin, öz dövlət müstəqilliyini bərpa etməsinin 25 ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Son 10 il ərzində Heydər Əliyev siyasətini inamla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin inkişafında misilsiz xidmətləri olduğu da vurğulandı. Daha sonra tədbir III a sinif şagirdlərinin çıxışları ilə davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi