Riyaziyyat fənni üzrə məktəbdaxili bilik yarışı
Fevralın 11-də məktəbin fəaliyyət planına əsasən 3-cü siniflər arasında riyaziyyat fənni üzrə məktəbdaxili bilik yarışı keçirildi. Yarışda məktəbin 3 a, 3 b, 3 c sinifləri iştirak edirdi. Bilik yarışının keçirilməsində əsas məqsəd ibtidai siniflərdə şagirdlərin istedad, bacarıq, xüsusi qabiliyyətlərinin üzə çıxarılmasından və onların rəğbətləndirilməsindən ibarətdir. Yarışın nəticələrinə görə 3 c sinfinin "Qarabağ" komandası l yerə layiq görüldü. Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.