2 fevral – Gənclər Gününə həsr olunmuş seminar
Məktəbin hərbi rəhbəri Nadir Quliyev, qabaqcıl ibtidai sinif müəllimi Rəhilə Məlikovanın rəhbərliyi və 9-11 sinif şagirdlərinin iştirakı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş seminar keçirildi. Seminarda çıxış edən müəllimlər ölkədə aparılan gənclər siyasətindən danışaraq qeyd etdilər ki, bu əlamətdar tarixi gün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz uzun illər ərzində aparılmış düzgün siyasətin nəticəsidir ki, bugünkü gənc nəsil bütün sahələrdə öz sözünü uğurla deyir. Ümumilli lider Heydər Əliyev də gənclərə böyük qayğı və diqqət göstərirdi. O, çox gözəl bilirdi ki, ölkənin gələcəyi gənclərin əlindədir. 1996-cı ildə Azərbaycanda fevral ayında gənclər forumu keçirildi və bu formda ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycan gəncləri qarşısında çox böyük tələblər qoydu. Gənclərin I forumunda qərara alındı ki, 2 Fevral-Azərbaycanda Gənclər günü kimi qeyd olunsun. Daha sonra seminar məruzələrlə davam etdi.