Siniflər üzrə BSQ–lərin yoxlanılmasına başlanıldı

Məktəbimizdə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası” na əsasən artıq məktəbdə siniflər üzrə BSQ–lərin yoxlanılmasına başlanılmışdır. Məktəb rəhbərliyi tərəfindən yarımilin əvvəlində BSQ-lərin keçirilməsi üçün xüsusi imtahan komissiyası yaradılmışdır. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədi ilə qiymətləndirmə vasitələrinin hazırlanması və şagirdlərin işlərinin yoxlanılması həmin siniflərdə dərs deməyən müəllimlərə həvalə olunmuşdur.