20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş dəyirmi masa
20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar olaraq, yanvarın 18-də 5 a sinfində tarix müəllimi Aytac Heydərova tərəfindən dəyirmi masa keçirildi. Dəyimi masada məktəbin direktoru Səbahət Ağayeva da iştirak edirdi. Məktəbin tarix müəllimi Aytac Heydərova qeyd etdi ki, 20 yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş sovet imperiyası ordusu qarşısına sılahsız, əliyalın çıxaraq canlarından keçən 20 yanvar şəhidləri hər zaman xalqımızın xatirəsində qəhrəman kimi qalacaqdır. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək vurğuladı ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.