"20 Yanvar faciəsinin otuz ikinci ildönümü"nə həsr olunmuş xüsusi dərs
Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrini əsas götürərək "20 Yanvar faciəsinin otuz ikinci ildönümü"nün keçirilməsi ilə bağlı hazırlanmış məktəbin Tədbirlər Planına əsasən yanvarın 17-də ibtidai sinif müəllimi Ruhanə Yaqubovanın rəhbərliyi ilə xüsusi dərs keçirildi. Dərsdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ruhanə Yaqubova çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açdı. Dərsdə iştirak edən məktəbin direktoru Səbahət Ağayeva və tərbiyə işləri üzrə direktor müavini Vəfa Rəsulova çıxış edərək, 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs etdilər.