Qarşılıqlı dərs dinləmə
Məktəbimizdə fənn müəllimlərinin qarşılıqlı dərs dinləməsi davam edir. Bu dəfə növbəti dərs dinləmə 4 b sinfinin ibtidai sinif müəllimi Ulduza Qasımovanın təqdimatında keçirilən riyaziyyat dərsində məktəbin müəllimi Səməd Babayevin iştirakı ilə keçdi. Qarşılıqlı dərs dinləmələr əsasən gənc müəllimlərin dərsində təcrübəli müəllimlərin və əksinə, təcrübəli müəllimlərin dərslərində gənc müəllimlərin iştirakı ilə baş tutur. Dərslərdə motivasiyanın yaradılması, şagirdlərin dərsliklərlə işi, sinfin idarə olunması və sinifdə işgüzar dərs mühitinin yaradılması meyarlarına fikir verilir. Qarşılıqlı dərs dinləmələrin keçirilməsi gənc müəllimlərə kömək etmək, qabaqcıl müəllimlərin təcrübəsini yaymaq və təlim keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır.