31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir

Dekabrın 30-da məktəb rəhbərliyinin iştirakı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü həsr olunmuş tədbir keçirildi. İlk öncə məktəbin adını daşıdığı, 20 Yanvar şəhidi Kamal Məmmədovun guşəsi ziyarət olundu. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, 31 Dekabr tarixinin Azərbaycanın ən şərəfli günlərindən olduğunu qeyd edib və həmin günün tarixindən, ərsəyə gəlməsindən bəhs etdi. Bu günün  ilk dəfə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırdı. Sonda tədbir şagirdlərin çıxışları ilə yekunlaşdı.

Məktəbin müdiriyyəti və kollektivi adından bayram münasibətilə sizləri təbrik edirik. 2022-ci ildə xoşbəxt sabahlar, sağlam günlər və sevinc dolu bir həyat həmişə sizinlə olsun. Uzun və Xoşbəxt illərə……

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi