Lütfi Zadənin 100 illiyinə həsr olunmuş açıq dərs

    Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Prezident İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncama uytğun olaraq məktəbin riyaziyyat müəllimi  Aytəkin Quliyeva məktəbin 9b sinif şagirdlərinin iştirakı ilə “ Dünya şöhrətli alim – Lütfi Zadə” mövzusunda dərs keçmişdir. Şagirdlər görkəmli elm xadiminin həyat və yaradıcılıq yolu haqqında video çarxa baxmış, topladıqları məlumatları bölüşmüş, A.Qulizadənin onlara verdiyi geniş məlumatlarla tanış olmuşlar.

 

 

           

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi