Sülh gününə həsr olunmuş tədbir keçirildi

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Bu münasibət ilə məktəbimizdə Sülh gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri çıxış sözü ilə məktəbin direktoru Arizə xanım Mahmudova açdı. “Sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin səyi nəticəsində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu olaraq seçmiş, beynəlxalq dövlətlər birliyinin tamhüquqlu üzvünə çevrilmişdir” – deyə direktor qeyd edib. Tədbir şagirdlərin çıxışları ilə davam etdirilib. Şagirdlər şeirlər, mahnilar söyləyərək, rəqslər edərək Sülh gününü qeyd ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi