Hərbi Qənimətlər Parkında 8 noyabr Zəfər Gününə həsr olunmuş açıq dərs
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli 08.09.2021-ci il tarixli əmrini əsas tutaraq, məktəbin tarix müəllimi Mehriban Poladovanın rəhbərliyi və 10 a sinif şagirdlərinin iştirakı ilə Hərbi Qənimətlər Parkında 8 noyabr Zəfər Gününə həsr olunmuş açıq dərs keçirildi. Mehriban Poladova Zəfər gününə həsr edilmiş açıq dərsdə qeyd etdi ki, hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Bu səhifələr xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Mən inanıram ki, xalqımız hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir.