"8 noyabr-Zəfər Günü"nə həsr olunmuş tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli 08.09.2021-ci il tarixli əmrinin icrası ilə əlaqədar məktəbdə fəaliyyət planı işlənib hazırlanmışdır. "Fəaliyyət planı"nin 1.5.14 - cü bəndinə əsasən məktəbdə "8 noyabr-Zəfər Günü"nə həsr olunmuş böyük tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Vəfa Rəsulova açdı. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi başlandı. Çıxış edən məktəbin direktoru Vəfa Rəsulova Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı 44 günlük Vətən müharibəsi və bu müqəddəs savaşda qazandığı möhtəşəm qələbənin ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd etdi. Daha sonra tədbirin bədii hissəsində 1a,1b, 1c, 2a, 2 b, 3 a, 3 b, 3 c, 4 a, 4 b sinifləri fəallıq göstərdilər . Onlar vətənə, orduya, qələbəyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, səhnəciklər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi