"8 Noyabr-Zəfər günü"nə həsr olunmuş dama yarışı

Noyabrın 3-də fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyevin rəhbərliyi ilə məktəbdə "8 Noyabr-Zəfər günü"nə həsr olunmuş dama yarışı keçirildi. Yarışda məktəbin 5-9 və 10-11-ci sinif şagirdləri iştirak edirdi. Yarışın nəticələrinə əsasən 1-ci yerə 8 a sinif şagirdi Zaman Əlişanlı, 2-ci yerə 10 a sinif şagirdi Rəhiməxanım Kərimova, 3-cü yerə isə 7 b sinif şagirdi Əli Quliyev layiq görüldü. Qalib şagirdlər məktəbin direktoru Vəfa Rəsulova tərəfindən diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi