44 günlük Vətən müharibəsinin şəhidi Səmədov Məhərrəm Elxan oğlunun anım günü

Oktyabrın 26-da məktəbdə II Qarabağ müharibəsində şəhid olmuş məktəbimizin məzunu Səmədov Məhərrəm Elxan oğlunun anım günü ilə bağlı tədbir keçirildi. Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlanıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Daha sonra məktəbin direktoru Vəfa Rəsulova çıxış edərək, hər bir Azərbaycan vətəndaşı vətəninin qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim borcumuzdur dedi. Tarix müəllimi Mehriban Poladova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun hücuma keçərək işğal altında olan ərazilərimizin erməni işğalçılarından azad etdiyindən danışdı. Məhərrəmin sinif rəhbəri Leyla Quliyeva çıxış edərək, onun vətənpərvərliyindən,igid bir oğul olmasından danışdı. Anım tədbirində şagirdlər tarix yazaraq, şəhidlik zirvəsinə ucalmış vətən oğullarının xatirəsini şeirlərlə yad ediblər. Tədbirin keçirilməsində məqsəd məktəblilərdə milli vətənpərvərlik ruhunun yüksəldilməsinə yardımçı olmaq, məktəbliləri Azərbaycanın qəhrəman oğulları haqqında ətraflı məlumatlandırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi