Füzuli şəhərinin işğaldan azad olunmasına həsr olunmuş mühazirə

Oktyabrın 15-də məktəbin tarix müəllimi Aytac Heydərovanın rəhbərliyi və 8 “A“ sinif şagirdlərinin iştirakı ilə Füzuli şəhərinin işğaldan azad olunmasına həsr olunmuş mühazirə keçirildi. Şagirdlər Azərbaycanın qədim yaşayış məskəni olduğunu sübut edən, Füzuli rayonunun ərazisində yerləşən Azıx mağarası, Füzuli rayonunun qədim abidələri, tarixi haqqında məlumat verdilər. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müzəffər, şanlı ordumuzun 44 gün ərzində Qızıl qələmlə yazdığı Ən Yeni Tariximiz haqqında çıxışlar edildi. Tədbirdə Ali Baş Komandanımızın Füzuli şəhərinə səfəri, burada Üçrəngli bayrağımızı ucaltması kadrları da öz əksini tapdı. Mühazirədə Qarabağımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz böyük hüzn və hörmətlə yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi