Məktəbimizdə 15 sentyabr – “Bilik günü” ilə əlaqədar tədbir keçirildi

Kamal Məmmədovun adını daşıyan 209 saylı tam orta ümumtəhsil məktəbində 15 sentyabr – “Bilik günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri çıxış sözü ilə məktəbin direktoru Arizə xanım Mahmudova açaraq, şagirdləri onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Şagirdlərə yeni dərs ilində uğurlar və müvəffəqiyyətlər arzulayıb. Tədbirimizin qonağı Maştağa Bələdiyyəsinin nümayəndəsi, həmçinin məktəbimizin məzunu olmuş Ağanəcəf müəllim çıxış edərək, şagirdlərə yeni dərs ilində uğurlar arzuladı. Məktəbin müəllim-şagird kollektivi və valideynlərin qatıldığı tədbirdə şagirdlərin ifasında bədii kompozisiya nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi