44 günlük  Vətən müharibəsinin iştirakçısı olmuş məzun şagirdlərimizə həsr olunmuş tədbir

 

Sentyabrın 29-da səhər xəttində məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyevanın rəhbərliyi ilə  44 günlük  Vətən müharibəsinin iştirakçısı olmuş məzun şagirdlərimizə həsr olunmuş tədbir keçirildi.  İlk növbədə, məktəbin direktoru Vəfa Rəsulova çıxış edərək, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə qəhrəman məzunlarımızı təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. Daha sonra məktəbin tarix müəllimi Mehriban Poladova çıxış edərək vurğulayıb ki, neçə-neçə igid oğullar vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Tədbirdə məzunlarımız keçdikləri şərəfli döyüş yolu, göstərdikləri igidlik və vətənpərvərlik nümunəsi, hərbi peşəkarlıqları və digər müsbət keyfiyyətləri barədə şagirdləri məlumatlandırıblar. Şərəfli döyüş xatirələri və təəssüratlarından geniş söhbət açan Vətən müharibəsi iştirakçıları şagirdlərin çoxsaylı suallarını cavablandırıblar. Daha sonra tədbir məktəb şagirdlərin çıxışları ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi