“Əlvida ilk müəllimim” adlı tədbir keçirildi

Məktəbimizin 4a sinifi “Əlvida ilk müəllimim” adlı tədbir keçirdi. 4 il bundan əvvəl Əzizə müəllimə bu şagirdləri birinci sinifə qəbul edərək onlara qələm tutmağı, hərfləri yazmağı öyrətdi.Bu gün isə artıq bu fidanlar ibtidai bilikləri mənimsəyərək orta təhsilə başlayırlar. Onlara ilk müəllimlərindən, öz doğma müəllimlərindən ayrılmaq çox çətindir. Şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyalarını nümayiş etdiriblər. Tamaşaçılar bu səhnələri böyük rəğbətlə qarşıladılar. Şagirdlər çox böyük məharətlə rolları ifa etdilər. Məktəbin direktoru Arizə xanım Mahmudova qonaqları salamlayaraq onlara Əzizə müəllimə və şagirdlərinin məktəbə verdiyi töhfələrdən, onların daim hazırladığı maraqlı tədbirlərdən danışdı. Sonda şagirdlərin 1-ci sinifdən 4-cü sinifi başa vurana qədər keçdiyi yolları əhatə edən , kövrək hisləri dilləndirən maraqlı videorolik nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi