1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məktəbin ibtidai sinif müəllimləri Könül Həsənova, Mətanət Məmmədovanın rəhbərliyi ilə 2 b və 2 c sinif şagirdləri tərəfindən səhər xəttində "Uşaqları qoruyaq!" adlı tədbir keçirildi. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru əvəzi Vəfa Rəsulova uşaqları təbrik edərək, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan danışdı. Tədbirin bədii hissəsində şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi