Seminar

MS Teams platformasında məktəbin psixoloqu Sevinc Muradova, məktəb rəhbərliyi, sinif rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə seminar keçirildi. Seminarda təhsil verənlər üçün uşaq psixologiyası haqqında elmi-metodiki məlumatlar səsləndirildi. Yaş psixologiyası, hər yaş dövründə baş verən psixoloji və fiziki dəyişikliklər, həmçinin hər yaşda meydana gələ bilən problemlər və onların həlli yolları müzakirə olundu.