31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar mühazirə

Məktəbin ibtidai sinif müəllimi Ruhanə Yaqubovanın rəhbərliyi ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar mühazirə keçirildi. Şagirdlərə erməni daşnaklarının 103 il əvvəl xüsusi qəddarlıqla Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında geniş məlumat verildi. Bildirildi ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir. 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı bir daha şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi