31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş nümunəvi dərs

Məktəbin tarix müəllimi Dilşad Quliyevanın rəhbərliyi ilə MS Teams platrformasında 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş nümunəvi dərs keçirildi. Nümunəvi dərsdə məktəb rəhbərliyi də iştirak edirdi. Məktəbin direktoru əvəzi Vəfa Rəsulova çıxış edərək, XX əsrin əvvəllərinin Azərbaycan tarixində önəmli hadisələrlə zəngin olduğunu bildirdi. Ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 martın dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu, Azərbaycan xalqına qarşı törədilən bütün soyqırımı faciələrinin qurbanlarının yad edildiyini sözlərinə əlavə etdi. Daha sonra nümunəvi dərs şagirdlərin çıxışları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi