Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü

Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar olaraq, məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyevanın rəhbərliyi və 5 a sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Xocalı soyqrımı barədə məlumat verən məktəbin direktoru əvəzi Vəfa Rəsulova çıxış edərək bildirdi ki, Xocalı soyqırımı-1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Daha sonra tədbirdə 5 a sinif şagirdləri Xocalı haqqında şeirlər səsləndirərək bu faciənin qurbanlarından bəhs edən səhnəcikləri təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi