8 b sinfinə Qarabağ döyüşlərində şəhid olan Səmədov Məhərrəm Elxan oğlunun adının verilməsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixində təsdiq etdiyi F-512 nömrəli əmrinin icrasından irəli gələn məktəbin Fəaliyyət Planına əsasən məktəbin 8 b sinfinə məktəbimizin məzunu olan, Qarabağ döyüşlərində şəhid olan Səmədov Məhərrəm Elxan oğlunun adı verildi. Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində məktəbdə ardıcıl işlər aparılır. Çıxış edən məktəbin direktor əvəzi Vəfa Rəsulova sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edib. Məktəbimizin məzunu, şəhid Səmədov Məhərrəmin atası Elxan Səmədov şəhidimizin qəhrəmanlığından, Vətəni canından da çox sevməsi barədə məlumat verib. O, şəhidimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən bu işlərə görə minnətdarlığını ifadə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi