Oxu sürəti texnikasının yoxlanılması
Fevralın 15-də məktəbin direktoru əvəzi Vəfa Rəsulova və təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Cabarovanın iştirakı ilə ibtidai sinif şagirdlərinin oxu sürəti texnikası yoxlanıldı. Məqsəd şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu bacarıqlarının öyrənilməsi və qiymətləndirilməsi, nəticəsi zəif olan şagirdlərlə aparılacaq metodiki işin istiqamətlərini müəyyənləşdirməkdir.