Risk qrupuna daxil olan şagirdlərlə və narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı online seminar

Məktəbin psixoloqu Sevinc Muradovanın iştirakı ilə MS Teams platformasında risk qrupuna daxil olan hər bir təhsilalanlar və onların valideynləri ilə online seminarlar keçirilmişdir. Seminarların keçirilməsində əsas məqsədi müəllim, valideyn və şagirdlərə sosial təcrid günlərində psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaqdan ibarətdir. Həmçinin seminarda şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə və bu kimi pis vərdişlərlərin yaratdığı  İİV/QİÇS xəstəlikləri barədə  məktəbin psixoloqu tərəfindən məlumat verilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi