Bilik günü

Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Bu gün həmçinin 209 nömrəli tam orta məktəbdə qeyd olundu. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru əvəzi Vəfa Rəsulova şagirdləri onların valideynlərini, müəllimləri təbrik edərək onlara ən xoş arzularını bildirdi. Daha sonra tədbir iştirakçılarına respublikamızda “Bilik Günü”nün qeyd olunması, tarixi haqqında ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi