"NOVRUZ TƏRANƏLƏRİ "

Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Qeyd edək ki, Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir. Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.Bahar bayramının ruh yüksəkliyi ilə qeyd olunduğu daha bir məktəb 209 nömrəli tam orta məktəb oldu. Hər il olduğu kimi bu il də məktəbimizin şagirdləri Novruz bayramı haqqında müxtəlif tədbirlər, əyləncələr təşkil etdilər. Tədbirdə bir-birindən gözəl geyinmiş şagirdlər Novruz bayramı və bahar fəsli haqqında şerlər söylədilər, Azərbaycan mahnılarının sədası altında rəqslər etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi