"Biz mütləq Xocalıya qayıdacağıq"

Məktəbin fəaliyyət planının 1.3.24 bəndinə uyğun olaraq, Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar "Biz mütləq Xocalıya qayıdacağıq" adlı tədbir keçirildi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş soydaşlarımızın və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən məktəbin direktoru Arizə Mahmudova Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı soyqırımından bəhs etdi. Daha sonra şagirdlərin hazırladığı kompazisiyada Xocalı Soyqırımının ağrılı məqamları və erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən müsibətlər səhnəcik şəklində tədbir iştirakçılarına təqdim edildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi