“Beynəlxalq Ana Dili Günü”

Fevralın 21-də məktəbdə “Beynəlxalq Ana Dili Günü” münasibəti ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi başladı. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Arizə Mahmudova fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin zənginləşdirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı. Sonra çıxış edən III a və III b sinif şagirdləri ana dilimiz, onun mənşəyi və yaranma tarixi haqqında ətraflı məlumat verdi. Məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi