Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov

Fevralın 7-də məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyevanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun doğum gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə əvvəlcə Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəbin direktoru Arizə Mahmudova Milli Qəhrəmanın şərəfli ömür yolundan danışıb, şagirdlərə tövsiyələrini verib, Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirdi. Daha sonra əməli ilə xalqımızın qəhrəmanlıq rəmzinə çevrilmiş Mübariz İbrahimovun həyatı, şərəfli döyüş və şəhidlik yolundan bəhs edən film nümayiş olundu. Sonra şagirdlər qəhrəmana həsr olunan şeirlər, hekayələr söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi