V siniflər arasında bilik yarışı

Fevralın 7-də məktəbin tarix müəllimi Dilşad Quliyevanın təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş V siniflər arasında bilik yarışı keçirildi. Əvvəlcə Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin açılış mərasimində çıxış edən məktəbin direktoru Arizə Mahmudova Mübariz İbrahimovun tərcümeyi-halı, keçdiyi döyüş yolu və misilsiz qəhrəmanlıq şücaəti, vətənpərvərliyi barədə şagirdlərə geniş məlumat verdi. Sonra yarışa start verildi. Maraqlı keçən yarışda 3 komanda arasında ən yaxşı nəticə göstərən V c sinfinin komandası I yerə, V b sinfinin komandası II yerə və V a sinfinin komandası isə III yerə layiq görüldü. Qaliblərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi