Pedaqoji şuranın növbəti iclası

Yanvarın 30-da məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. Bütün müəllimlərin iştirakı ilə keçirilən bu iclasda kollektivin ötən yarımil ərzində təlim-tərbiyə sahəsində gördüyü işlərdən danışıldı. 2019/2020-ci tədris ilinin ikinci yarımilində qarşıda duran hədəflər və bu hədəflərə nail olmağın real yolları pedaqoji şura üzvlərinin nəzərinə çatdırıldı. Görüləcək tərbiyə və təşkilati yönümlü işlər barədə məlumat verildi. Təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, psixoloq, UBR, kitabxanaçı və sinif rəhbərlərinin hesabatları dinlənildi və cari məsələlər kollektivin iclasında müzakirə olundu. İkinci yarımildə də kollektivi gözləyən bir sıra vacib işlərdən danışan məktəbin direktoru Arizə Mahmudova birgə, ardıcıl və böyük məsuliyyətlə aparılacağı təqdirdə bu sınaqlardan da 209 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin uğurla çıxacağına ümidvar olduğunu bildirdi və müəllimlərə uğurlar, səmərəli fəaliyyət arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi