20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı ədəbi-bədii kompozisiya

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı məktəbin tarix müəllimi Dilşad Quliyevanın rəhbərliyi ilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Tədbirdə çıxış edən tərbiyə işləri üzrə direktor müavini Vəfa Rəsulova qeyd etdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermiş, 20 Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Həmçinin tədbirdə 20 yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş rəsm müsabiqəsində I yer- VII a sinif şagirdi Qədirova Şirinxanım, II yer- X a sinif şagirdi Hüseynova Sevil, VIII a sinif şagirdi Nəcəfova Səriyyə, III yerə-III b sinif şagirdi Cəfərova Bətulə, VI a sinif şagirdi Xəlilova Səbinə layiq görüldü və diplomla mükafatlandırıldı. Sonda tədbir şagirdlərin vətənpərvərlik mövzusunda söylədikləri şer, mahnı və səhnəciklər ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi