20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı xüsusi dərs

    Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edən xüsusi dərs keçirildi. Xüsusi dərs məktəbin tarix müəllimi Mehriban Poladova tərəfindən şəhid Vaqif Quliyev adına olan VIII a sinfində aparıldı. Dərsdə məktəbin direktoru Arizə Mahmudova, təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Cabbarova iştirak edirdi. Dərsdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıldı. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi