20 Yanvar şəhidi Kamal Məmmədov

209 nömrəli tam orta məktəb 1992-ci ildən etibarən 20 Yanvar şəhidi Kamal Məmmədovun adını daşıyır. O, 21 dekabr 1955-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Orta təhsilini 209 nömrəli tam orta məktəbdə alıb. 1990-cı ilin 20 Yanvarında ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizə zamanı şəhidlik zirvəsinə yüksəlib və Maştağa qəsəbəsindəki “Şəhidlər xiyaban”ında dəfn olunmuşdur. 1991-ci il yanvarın 21-də 209 nömrəli tam orta məktəbdə keçirilən matəm yığıncağında məktəbə onun adının verilməsi təklifi irəli sürülmüş və yanvar 1992-ci ildə Sabunçu rayon İcra Hakimiyyəti və xalq deputatları sovetinin qərarına əsasən məktəbə onun adı verilmişdir. 20 yanvar faciəsinin otuzuncu il dönümü ilə əlaqədar məktəbin bir qrup şagirdləri Kamal Məmmədovun məktəbdəki guşəsini ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi