Şəhidlər xiyabanına ziyarət

Qanlı Yanvar faciəsinin otuzuncu ildönümü ərəfəsində məktəbin I c sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olundu. Məktəbin ibtidai sinif müəllimi Könül Həsənova şagirdlərə 20 Yanvar faciəsi barədə geniş məlumat verib, bu qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışıb. Vurğulanıb ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi