“20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi”

    Sabunçu rayonu 75,142,155,198, 209 nömrəli tam orta məktəb şagirdlərinin elmi dünyagörüşlərini artırmaq, onları elmlərə həvəsləndirmək, istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə “Dostluq körpüsü” yaradıblar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş Tədbirlər Planı”na əsasən bu gün Sabunçu rayonu 142 nömrəli tam orta məktəbdə “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi” mövzüsunda V siniflər arasında Azərbaycan tarixi fənnindən bilik yarışı keçirildi. Yarışda I yer- 155 nömrəli tam orta məktəb, II yer- 198 nömrəli tam orta məktəb, III yerə – 75 nömrəli tam orta məktəb layiq görüldü. 209 və 142 nömrəli tam orta məktəblərin şagirdlərinə isə həvəsləndirici mükafatlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi