"20 Yanvar faciəsinin otuzuncu ildönümü" ilə bağlı mühazirə

    Yanvarın 9-da məktəbin direktoru Arizə Mahmudovanın rəhbərliyi ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü" ilə bağlı mühazirə keçirildi. Tədbirdə 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin və ümumilikdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin ruhları 1 dəqiqəlik sükutla yad edildi. Qanlı yanvar günü baş vermiş hadisələrə toxunulub, şagirdlərə baş vermiş faciənin nə dərəcədə əhəmiyyətli olduğu bir daha xatırladıldı. Məktəbin direktoru Arizə Mahmudova çıxış edərək bildirdi ki, 1990-cı il 20 Yanvar tarixi Azərbaycan xalqı üçün heç də sıradan bir gün deyil. Bu tarix bizim üçün ən ağrılı, acılı, müstəqil, azad yaşamaq istəyən insanların qanı bahasına başa gələn faciədir. Xalqımızın dərdini yenidən vərəqləmək hamımız üçün çox ağırdır. Amma ağır da olsa bu hadisələrə münasibət bildirmək hər birimizin vətəndaşlıq borcu, insanlıq məsuliyyətidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi