”Azərbaycanda qadın haqları:milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi
7 dekabr 2019-cu il tarixdə məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və İctimai Birliyin təşkilatçılığı ilə ”Azərbaycanda qadın haqları:milli və beynəlxalq hüquq gənclərin gözü ilə”layihəsi üzrə inşa-yazı müsabiqəsi həyata keçirildi.
Müsabiqənin Əsasnaməsində göstərilən aşağıdakı 7 mövzunun hamısı əhatə olunmaqla
1.Azərbaycan qadınının ailə büdcəsinə verdiyi töhfə və onun milli iqtisadiyyata təsiri;
2.Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri;
3.Azərbaycan ailəsində uşaqların sayı və cinsinə görə ayrıseçkilik(reproduktiv sağlamlıq);
4.Azərbaycan ailəsində qadınlara və qızlara qarşı zorakılığa (əl qaldırma və s.) münasibətiniz;
5.Azərbaycanın köçkün qadınlarının göstərdiyi şücaət;
6.Azərbaycanda Lider qadınlar və onların formalaşmasında imkanlar,çətinliklər və maneələr;
7.Azərbaycan qadınının mətbuatdakı obrazına münasibətiniz.