“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi”

            Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 19.11.2019-cu il tarixli F-426 nömrəli əmrini əsas tutaraq, 03.12.2019-cu il tarixdə “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi” keçirildi. Nəticələrə əsasən VIII a sinif şagirdi Nəcəfova Səriyyənin tədqiqat işi rayon-şəhər mərhələsinə vəsiqə qazandı. Şagirdimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi