“Kiçik tədqiqatçılar” müsabiqəsi

      İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 21.11.2019-cu il tarixli F-436 nömrəli əmrini rəhbər tutaraq, məktəbdə II-IV sinif şagirdlərinin iştirakı ilə “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi. Nəticələrə əsasən 2 “A”, 3 “A”, 4 “A” siniflərindən ən yüksək nəticə göstərmiş şagirdlər rayon-şəhər mərhələsinə vəsiqə qazandı. Şagirdlərimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi