Mühazirə

        Dekabrın 2-də məktəbin direktoru Arizə Mahmudovanın rəhbərliyi və X-XI sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqi ilə əlaqədar mühazirə keçirildi. Məktəbin direktoru Arizə Mahmudova çıxış edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin davamçısı olan dövlət başçımız İlham Əliyev bu uğurlu siyasəti davam etdirməkdədir. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqi nümayiş etdirildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi