Sinif təşkilat saatı
Sinif rəhbərlərinin apardığı tərbiyəvi işin ən mühümü olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsinə düzgün istiqamət vermək üçün çox faydalı və gərəklidir. Sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək məqsədi ilə məktəbdə maarifləndirici, istiqamətləndirici və təşkiledici istiqamətdə mütəmadi olaraq siniflər üzrə sinif təşkilat saatı keçirilir. Noyabrın 26-da məktəbin tarix müəllimi Dilşad Quliyeva sinif rəhbəri olduğu V b sinfində sinif təşkilat saatı keçirdi.