BİLİK GÜNÜ

Ölkəmizdə Bilik Günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.Elə bu gün münasibətilə sentyabrın 15-də K. Məmmədov adına 209 nömrəli tam orta məktəbdə tədbir təşkil edildi.Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi A.Məmmədov, məktəbin direktoru Q.Abuzərova, H.Abbasov adına Mədəniyyət evinin direktoru K.Qədimov, Maştağa qəsəbə Bələdiyyəsinin sədri İ.Qurbanov, qəsəbə ağsaqqalları və ziyalıları N.Tağıyev, S.Bağırov, Ə.Kərimov və başqa qonaqlar iştirak etdi.Tədbir zamanı H.Abbasov adına Mədəniyyət evinin rəqs ansamblı və məktəbin şagirdləri çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi