"CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR!"

06.03.2015- ci il tarixdə Sabunçu rayonu K.Məmmədov adına 209 №li tam orta məktəbdə 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə “Analara hörmət edək” adlı bayram tədbiri keçirdi. Məktəbin direktoru Abuzərova Qətibə bütün məktəbin qadın kollektivini və tədbirdə iştirak edən anaları 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə "…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm" deyib. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşıb. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı vəkili, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.Tədbirdə məktəbin müəllim, şagird və valideyn kollektivi iştirak edirdilər. Tədbirdə çıxış edən məktəblilər, rəqs nömrələri, ifa etdikləri mahnılar, söylədikləri şeirlər, təqdim etdikləri kompozisiya və səhnəciklərlə xanımları təbrik etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi