19.12.2022-ci il tarixində keçirilən ABŞ-ın məşhur Beynəlxalq Kopernik Olimpiadasında şagirdlərimiz 3-cü sinifdən 11-ci sinifə qədər təhsilaların yarışdığı Riyaziyyat kateqoriyasında iştirak edərək qalib olmuş, medallarla təltif olunmuşdur.
Uğurlarinız daim bol olsun, belə davam edin.
Barış Vəlizadə qızıl,Azaylı Aydan- gümüş,Azaylı Cavid- bürünc,Məmmədov Nicat -bürünc
Bütün iştirakçılar dünyanın 26 ölkəsində Beynəlxalq Universitetlər tərəfindən tanınan Kopernik Olimpiadasının Beynəlxalq sertifikatı ilə təmin olunmuşlar. Qızıl, gümüş, bürünc medallar əldə edən iştirakçılar Amerikada final mərhələsində iştirak haqqı qazanırlar.
Ümumtəhsil məktəblərinin şagirdləri arasında beynəlxalq riyaziyyat olimpiadasında dəfələrlə iştirak etmiş Nərimanov rayonu, S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbin 6-ci A sinfinin şagirdi Vəlizadə Barış gümüş medala layiq görüldü.
Qeyd edək ki, PANGEA Math World 79 ölkədən 3 milyondan çox şagirdin iştirak etdiyi beynəlxalq riyaziyyat olimpiadasıdır.