HAQQIMIZDA

Əsası 1960-cı ildə qoyulan Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəb Nərimanov rayonunda yerləşir. Məktəbimizin məqsədi milli ruhda nümunəvi tərbiyə təhsil sistemi yaratmaqdır. Məktəb ən son 2014 -cü ildə təmir olunaraq 1100 yerlik yeni tədris korpusu, habelə akt və idman zalları yüksək səviyyədə tikilib şagird və müəllim kollektivinin istifadəsinə verilib. Məktəbdə 98 müəllim kollektivi və 989 şagird təhsil alır.Yeni laborotoriyalar -fizika, kimya və biologiya laboratoriyaları yaradılmış və onlar hər cür vəsaitlər ilə təhciz edilmişdir. Məktəbdə şagirdlərin yüksək səviyyədə dərs keçirilməsi üçün hər cür şərait yaradılıb. Uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq və UBR məşğul olur. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir "evdir". Məktəbimiz 2011-ci ildə "İlin məktəbi" seçilib. Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, ekskursiyalar şəkilində aparılır. Günün ikinci yarısında uşaqlar müxtəlif dərnəklərdə - rəqs, idman, xorda iştirak edirlər. Bakının görməli və maraqlı yerlərinə, muzey və botanika bağlarına ekskursiyalar təşkil olunur, hər ay əyləncəli tədbirlər hazırlanılır. Bizim uşaqlar fəal əməyə və yaradıcılığa istiqamətləndirilmişlər. Məktəbdə mehriban, həmrəy şagird və müəllim kollektivi vardır.

Vətən müharibəsi zamanı Hadrutda  düşmən bayrağını endirərkən qəhrəmancasına şəhid olmuş məzunumuz baş leytinant Səid Rəşidzadənin barelyefi təhsil aldığı Bakı şəhəri 207 sayli orta məktəbdə qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi