Cüdo yarışında 2-ci yer2023-cü ilin may ayında Varşavada keçirilən cüdo yarışında VI B sinif şagirdi Sabir Bərxudarlı Bayram oğlu 2-ci yeri tutaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdı. Şagirdimizə növbəti yarışlarda uğurlar arzu edirik!
ƏtraflıKİçik Akademiyanın biologiya və kimya üzrə uğurları03 aprel 2022-ci il tarixində keçirilən fənn müsabiqəsində kimya fənnindən VII a sinif şagirdi Aslan Ənvər Zaur oğlu, biologiya fənnindən isə Əliyev Vüsal Tural oğlu keçid balını toplayaraq olimpiadanın növbəti turuna vəsiqə qazanmışlar.
ƏtraflıSoyqırım gənc rəssamların gözü iləNərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında 26 fevral Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Soyqırım gənc rəssamların gözü ilə" mövzusunda rəsm müsabiqəsində məktəbimizin Kiçik Akademiyasının kiçik rəssamları 7"ç" sinif şagirdi Babayeva Mədinə və 6 "ç" sinif şagirdi Adıgözəlova Lamiyə fəxri fərmana layiq görülmüşdür.
Təbrik edirik!
ƏtraflıBöyük Zəfər İnşa müsabiqəsinin qalibiNərimanov rayon gənclər arasında keçirilən "Böyük Zəfər" İnşa müsabiqəsi IX "c" sinif şagirdi Kiçik Akademiyanın üzvü Ocaqverdiyeva Ayşə fərqləndiyinə görə FƏXRİ FƏRMANA layiq görülmüşdür.
Ayşənin övbəti uğuru münasibətilə təbrik edirik.
ƏtraflıKiçik Akademiyanın rəssam üzvü Mustafa11-ci sinif şagirdi Əhmədov Mustafa Tahir oğlu çəkdiyi rəsm əsərləri ilə fərqlənir. Qrafika ilə çəkilmiş şəkilləri kiçik yaşlarındna müxtəlif müsabiqələrdə sərgilənmişdir. Gənc rəssama gələcək təhsilində uğurlar arzu edirik.
ƏtraflıKİÇİK AKADEMİYA ÖZ FƏALİYYƏTİNƏ BAŞLAYIRDərs ilinin əvvəlində KA-nın Tədbirlər planı tərtib olunmuşdur. Sentyabr ayından etibarən KA-ya yeni üzvlər qəbul edilmişdir və bundan irəli gələrək KA-nın əsasnaməsində müəyyən dəyişikliklər olmuşdur. KA-nın yeni üzvlərinin ərizə və anketləri doldurulmuşdur.
ƏtraflıAşıq Ələsgər 200Məktəb “ Kiçik Akademiya” sının Humanitar bölməsinin Türk dünyasınin boyük saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş dairəvi masası təşkil olunmuşdur.
Tədbirdə şagirdlər aşığın zəngin yaradıcılından bəhrələnərək şeirlər söyləmiş, müxtəlif rəsm əsərlərini təqdim etmişlər. Humanitar bölmənin rəhbəri və üzvləri şagirdlər qarşısında çıxış edərək ustad sənətkarın həyat və yaradıcılığı mövzusuna toxundular. Məqsəd Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək olmuşdur.
Ətraflı