Online iclas

7 sentyabr tarixində 207 nömrəli məktəbin direktoru Seyidova Sədaqət xanım sinif rəhbərləri ilə online iclas keçirib.

Online iclasda yeni 2020 ∕ 2021- ci tədris ilində sinif rəhbərlərinin görəcəkləri işlər müzakirə edildi.

S. Seyidova bildirdi ki, pandemiya dövründə məktəbdə effektiv tədrisin dəstəklənməsi ilə yanaşı uşaqların sağlamlığı da çox vacib və əhəmiyyətlidir. Mövcud şəraitdə şagirdlərin təhlükəsizliyi ilə bağlı qərarların dərhal verilməsi və həyata keçirilməsi sinif rəhbərləri üçün böyük bir məsuliyyətdir. Hazırda ölkəmizdə koronavirusun məktəblilər arasında geniş yayılmamasının qarşısını almaqla yanaşı təhsil-tədris prosesində təhlükəsiz, səmərəli və effektiv məktəb mühitinin yaradılması məqsədilə ənənəvi və online tədrisin vəhdət şəkildə tətbiqi nəzərdə tutulur. Belə olduqda hər bir sinif rəhbəri həm şagirdlərin sağlamlığı, həm də onların online dərslərə davamiyyətini nəzarət altında saxlamalıdır. Bu işdə sinif rəhbərləri valideyin komitələri ilə sıx əməkdaşlıq etməlidirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi